...

Ankarada güclü partlayış: 28 ölü, 61 yaralı (ƏLAVƏ OLUNUB-5) (VİDEO, FOTO)

Dünya xəbərləri Materials 17 Fevral 2016 23:43 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.
Ankarada güclü partlayış: 28 ölü, 61 yaralı (ƏLAVƏ OLUNUB-5) (VİDEO, FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 21:08-də yayılıb)

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları yollanıblar.

Partlayışın Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verdiyi bildirilir.

X X X

Trend-in HaberTürk-ə istinadən verdiyi məlumata görə, Ankara valisi Mehmet Kılıçlar hadisə nəticəsində 5 nəfərin öldüyünü, 10 nəfərin xəsarət aldığını bildirib.

Onun sözlərinə görə, partlayış bomba yüklü avtomobil vasitəsilə həyata keçirilib.

Hadisə yerində xeyli sayda təcili tibbi yardım və yanğınsöndürmə maşınları var.

Partlayışın Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə baş verdiyi deyilir.

X X X

Trend-in Hurriyet qəzetinə istinadən verdiyi məlumata əsasən, Ankarada baş verən partlayışın səbəbi minalanmış avtomobil olub.

Qeyd edək ki, Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb.

X X X

Trend Hurriyet qəzetinə istinadən xəbər verir ki, Ankarada baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 18 çatıb, daha 45 nəfər yaralanıb.

X X X

Trend-in Türkiyə Səhiyyə nazirliyinə istinadən verdiyi məlumata əsasən, Ankarada baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 68 nəfər isə yaralanıb.

Qeyd edək ki, ölkənin hüquq-mühafizə orqanlarının nümayəndəsi Reuters agentliyinə daha öncə bildirib ki, ilkin məlumata görə, partlayış PKK qruplaşması tərəfindən törədilib.

X X X

Trend-in Huriyyet qəzetinə istinadən verdiyi məlumata əsasən, ölkənin baş nazir müavini Numan Kurtulmuş Ankarada baş verən partlayış nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı barədə açıqlama verib.

Qeyd olunur ki, terror aktının əsas qurbanları hərbiçilər olub, hadisə yerində olan Ankara sakinləri də xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti