...

Rusiyalı qadın İŞİD ilə əlaqələrə görə Türkiyədə axtarılır

Dünya xəbərləri Materials 10 Mart 2016 19:26 (UTC +04:00)
Türkiyənin güc strukturları terror aktının təşkilində şübhəli bilinən 18 yaşlı rusiyalı qadını axtarır.
Rusiyalı qadın İŞİD ilə əlaqələrə görə Türkiyədə axtarılır

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyənin güc strukturları terror aktının təşkilində şübhəli bilinən 18 yaşlı rusiyalı qadını axtarır. Bu barədə Trend "HaberTürk"ə istinadən məlumat verir.

Dağıstandan olan Kristina Tixonova İstanbula fevralın 18-də Moskvadan gəlib. Güc strukturları qadını İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilir.

Məlumata əsasən, Türkiyəyə gəldikdən sonra K.Tixonova dostlarına özünü partlatmaq niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti