...

London turizm baxımından ən təhlükəsiz ölkələrin adını açıqladı

Dünya xəbərləri Materials 22 Aprel 2016 18:45 (UTC +04:00)
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşları üçün turizm baxımından ən təhlükəsiz ölkələrin siyahısını hazırlayıb.
London turizm baxımından ən təhlükəsiz ölkələrin adını açıqladı

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşları üçün turizm baxımından ən təhlükəsiz ölkələrin siyahısını hazırlayıb.

Bu barədə Trend "The Daily Mail" qəzetinə istinadən xəbər verir.

XİN-in məlumatında ən təhlükəsiz ölkələr kimi İslandiya, Lixteynşteyn, Malta, Polşa, Sloveniya, Baham adaları, Kosta-Rika, Fiji, Seyşel adaları və Yaponiya göstərilir.

Nazirlik eyni zamanda qeyd edir ki, bu ölkələrin də risqləri var, amma bu risqlər cüzidir.

Məsələn, Lixteynşteyndə qış idman mövsümündə qar uçqunlarının, Baham adalarında - qasırğalar, Kosta-Rikada - Zika virusuna yoluxma, Yaponiyada isə zəlzələ ehtimalları var.

Ukraynaya yola düşən turistlərə Donetsk, Luqansk və Xarkov vilayətləri sərhədlərinə 10 km-dən yaxın məsafədə yerləşən rayonlara yaxınlaşmamaq təkidlə tövsiyə olunur.

Rusiyada Çeçenistan, İnquşetiya, Dağıstan və Stavropolun bəzi ərazilərinə səfər etmək tövsiyyə edilmir.

Böyük Britaniya XİN-in məlumatına əsasən, Moskvada terror aktlarının ehtimalları, ümümiyyətlə isə bütün Rusiyada küçə cinayətkarlığının qurbanı olmaq riskləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti