...

Barselonada yeni turist vergisi tətbiq edilə bilər

Dünya xəbərləri Materials 29 Aprel 2016 18:15 (UTC +04:00)
Barselona hakimiyyəti turistlər üçün yeni verginin tətbiqinə hazırlaşır.
Barselonada yeni turist vergisi tətbiq edilə bilər

Bakı. Elçin Hüseynov - Trend:

Barselona hakimiyyəti turistlər üçün yeni verginin tətbiqinə hazırlaşır. Bu barədə Trend "El Pais" qazetinə istinadən xəbər verir.

Barselona Şəhər Şurasının nümayəndəsi Qala Pen bildirib ki, planlara görə, yeni vergi Barselonaya 1 sutkadan az müddətə gələn və hotellərdə qeydiyyatdan keçməyən turistlərə şamil olunacaq. Söhbət dəniz kruizləri vasitəsilə və ya 1 günlük ekskursiyalara gələnlərdən gedir.

Hazırda vergiyə yalnız Barselonaya 12 saatdan çox müddətə gələn dəniz kruizlərinin sərnişinləri cəlb edilir. Vergidən vayınmaq üçün kruiz gəmilərinin əksəriyyəti 12 saat tamam olmamış şəhəri tərk edirlər.

Qeyd edək ki, il ərzində Barselona 8 milyon turist qəbul edir və bu statistika yalnız hotellərdə rəsmən qeydiyyatdan keçənləri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti