Bakı. Rufiz Hafizoğlu - Trend:
Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölənlərin əksəriyyətinin şəxsiyyəti müəyyən edilib.
Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, ölənlərin 23-ü Türkiyə, 5-i Səudiyyə Ərəbistanı, 2-si İraq, 1 nəfər olmaqla Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşlarıdır.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.