...

İstanbulda "Xainlər məzarlığı" yaradıldı, ilk qiyamçı basdırıldı (VİDEO)

Dünya xəbərləri Materials 26 İyul 2016 18:59 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçıların dəfn olunacağı “Xainlər məzarlığı”nın ilk “sakini” məlum olub.
İstanbulda "Xainlər məzarlığı" yaradıldı, ilk qiyamçı basdırıldı (VİDEO)

Bakı. Trend:

Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçıların dəfn olunacağı “Xainlər məzarlığı”nın ilk “sakini” məlum olub.

Trend-in “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bu, məhəllə muxtarını qətlə yetirən kapitan Mehmet Qarabəkirdir.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri Qədir Topbaş dövlət çevrilişində iştirak etmiş qiyamçıların dəfn olunacağı “Xainlər məzarlığı”nın yaradılacağını bildirmişdi.

Bu məqsədlə İstanbul Bələdiyyəsi tərəfindən Pendik ərazisində yaradılan məzarlığa “Xainlər Məzarlığı” lövhəsi qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti