...

Böyük Britaniya qaçqınlara qadınlarla nəzakətli davranmağı öyrədəcək

Dünya xəbərləri Materials 1 Avqust 2016 15:19 (UTC +04:00)
Böyük Britaniya (BB) ölkəyə gələn kişi - qaçqınlara qadınlarla nəzakətli davranma qaydalarını öyrətməlidir.
Böyük Britaniya qaçqınlara qadınlarla nəzakətli davranmağı öyrədəcək

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniya (BB) ölkəyə gələn kişi - qaçqınlara qadınlarla nəzakətli davranma qaydalarını öyrətməlidir. Trend "Daily Telegraph" qəzetinə istinadən xəbər verir ki, bu barədə BB parlamentinin qaçqınlar məsələləri üzrə komitəsinin sədri xanım Tangem Debboneyr bəyan edib.

O deyib ki, bu, Britaniyaya gələn qaçqınlar tərəfindən qadınlara qarşı əxlaqsız təkliflərin və zorakılığın qarşısını ala bilər.

Deputat hesab edir ki, parlament müvafiq "inteqrasiya strategiyası" qəbul etməlidir və bununla gələn miqrantlara nümünə göstərməlidir.

Xatırladaq ki, keçən il BB 2020-ci ilə kimi Suriyadan 20 min qaçqını qəbul etməklə bağlı öhdəlik üzərinə götürüb. Bu il isə BB höküməti Yaxın Şərq və Şimali Afrikadan əlavə olaraq 3 min qaçqın uşağı qəbul edəcəyini qərara alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti