...

Türkiyədə partlayış: 9 ölü, 64 yaralı (YENİLƏNİB-2) (VİDEO)

Dünya xəbərləri Materials 26 Avqust 2016 09:26 (UTC +04:00)
Türkiyənin Şırnak vilayətində törədilmiş teraktda ölənlərin sayı 9-a çatıb, 64 nəfər isə yaralı olduğu bildirilir.
Türkiyədə partlayış: 9 ölü, 64 yaralı  (YENİLƏNİB-2) (VİDEO)

(Təfərrüatlar əlavə olunub. İlk xəbər 09:26-da qoyulub)

Bakı. Trend:

Türkiyənin Şırnak vilayətində törədilmiş teraktda ölənlərin sayı 9-a çatıb, 64 nəfər isə yaralı olduğu bildirilir.

Trend bu barədə Türkiyənin "Hürriyyet" qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, ölü və yaralı sayının artacağı istisna edilmir.

X X X

"Özgür" qəzetinin məlumatına görə, Şırnak vilayətində polis bölməsinin yaxınlığında terror aktının törədilməsi nəticəsində 3 polis əməkdaşı həlak olub, iki dinc sakin isə yaralanıb.

Polis bölməsinin binası ciddi zərər görüb.

X X X

Türkiyənin Şırnak vilayətində polis bölməsinin yaxınlığında partlayış baş verib.

Trend bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, yaralananlar var.

Bildirilir ki, partlayışın arxasında PKK terror təşkilatı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti