Bakı. Trend:
Ötən ilin noyabrında Türkiyə tərəfindən vurulmuş Rusiya qırıcısının pilotu Oleq Peşkovun dul xanımı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazırdır.
Trend TASS agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Yelena Peşkova təsdiq edib.
Y.Peşkova deyib: “Bu bizim üçün nə qədər ağrılı olsa da, bu görüş üçün Moskvaya gələcəyik”.
Bir müddət əvvəl M.Çavuşoğlu Türkiyənin həlak olan pilotun ailəsinə maddi yardım göstərməyə hazır olduğunu demişdi.