...

Ərdoğan: Türkiyə xalqı iqtisadi təzyiqlə mübarizə aparacaq

Dünya xəbərləri Materials 29 Noyabr 2016 17:09 (UTC +04:00)
Türkiyə xalqı iqtisadi təzyiqlə mübarizə aparacaq.
Ərdoğan: Türkiyə xalqı iqtisadi təzyiqlə mübarizə aparacaq

Bakı. Trend:

Türkiyə xalqı iqtisadi təzyiqlə mübarizə aparacaq. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib: "Biz malik olduğumuz qədim ənənələri nəzərə almaqla iqtisadi inkişafa nail olmalıyıq".

Prezident bildirib ki, inkişaf etmiş Qərb ölkələri bu gün tətil dalğasının qarşısını ala bilmirlər: "Səbəb yanlış "diaqnoz"dur və buna görə də düzgün "müalicə" aparılmır".

R.T.Ərdoğanın sözlərinə görə, Avropa yüzlərlə miqrantı qəbul etmək gücündə deyil: "Lakin Türkiyə öz ərazisində üç milyon qaçqın yerləşdirib və onları öz hesabına saxlayır".

O bildirib ki, Avropa Parlamentinin son qərarı bu həqiqətin qəbul edilməsi deməkdir: "Buna baxmayaraq, biz hələ Avropa İttifaqı ilə münasibətləri kəsməmişik. Lakin mən "hələ" dedim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti