...

İstanbulda terror aktı nəticəsində ölənlərin sayı 39 nəfər olub

Dünya xəbərləri Materials 12 Dekabr 2016 03:03 (UTC +04:00)
İstanbulda baş verən terror aktı nəticəsində həlak olanların sayı 39 nəfərə qədər çatıb
İstanbulda terror aktı nəticəsində ölənlərin sayı 39 nəfər olub

Bakı. Trend:

İstanbulda baş verən terror aktı nəticəsində həlak olanların sayı 39 nəfərə qədər çatıb.

Bu barədə Trend Hürriyet qəzetinə istinadən məlumat verir.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, 155 nəfər xəsarət alıb, onlardan 14-i intensiv terapiya şöbəsində qalır.

Qeyd edək ki, dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında iki güclü partlayış baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti