...

Çin Trampın ittihamlarına cavab verdi: "Barmaq silkələmək olmaz!"

Dünya xəbərləri Materials 12 Yanvar 2017 14:25 (UTC +04:00)
Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.
Çin Trampın ittihamlarına cavab verdi: "Barmaq silkələmək olmaz!"

Bakı. Trend:

Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.

L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp mətbuat konfransında Çin və Rusiyanı Birləşmiş Ştatlara qarşı kiberhücumlarda ittiham edən ABŞ xüsusi xidmət orqanları ilə razılaşdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti