...

Dövlət Departamenti: ABŞ İranı təxribatçı fəaliyyəti dayandırmağa çağırır (ÖZƏL)

Dünya xəbərləri Materials 16 Fevral 2017 12:38 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları İranı regional təhlükəsizliyi pozan təxribatçı fəaliyyəti dayandırmağa çağırır
Dövlət Departamenti: ABŞ İranı təxribatçı fəaliyyəti dayandırmağa çağırır (ÖZƏL)

Bakı. Elmira Tariverdiyeva, Dalğa Xatınoğlu - Trend:

Amerika Birləşmiş Ştatları İranı regional təhlükəsizliyi pozan təxribatçı fəaliyyəti dayandırmağa çağırır.

Bunu eksklüziv olaraq Trend-ə ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən məmuru deyib.

O bildirib ki, İran tərəfindən raket proqramının inkişaf etdirilməsi və terrorçuluğun dəstəklənməsi təxribatçı xarakter daşıyır və regionda təhlükəsizliyi, sabitlik və əmin-amanlığı pozur.

Məmurun sözlərinə görə, İran üçün ABŞ-ın bu cür addımlara qarşı əks-tədbirlər görməsi gözlənilməz olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti