...

Çində şaxtada qəza: 8 ölü

Dünya xəbərləri Materials 25 Mart 2017 06:48 (UTC +04:00)
Çinin Xenan əyalətində şaxtada qəza nəticəsində səkkiz nəfər ölüb
Çində şaxtada qəza: 8 ölü

Bakı. Trend:

Çinin Xenan əyalətində şaxtada qəza nəticəsində səkkiz nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən hadisə səhər Linbao şəhərindəki şaxtada baş verib.

Qəza zamanı yerin altında ümumilikdə 18 nəfər olub. Şaxtadan sağ çıxarılan 10 nəfər xəstəxanaya yerləşdirilib, lakin xəsarət alanlardan biri dünyasını dəyişib. Bir nəfərin itkin düşdüyü bildirilir..

Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti