...

İranda daşqında ölənlərin sayı artır - 36 nəfər (YENİLƏNİB 2) (FOTO)

Dünya xəbərləri Materials 15 Aprel 2017 15:02 (UTC +04:00)
İranın Şərqi Azərbaycan ostanında güclü yağıntılar nəticəsində daşqın baş verib.
İranda daşqında ölənlərin sayı artır - 36 nəfər (YENİLƏNİB 2) (FOTO)

İlk xəbər 10:58-də yayımlanıb

Bakı. Elmira Tariverdiyeva - Trend:

Açqılanan son məlumatlara görə, İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.

x x x

Trend xəbər verir ki, son məlumatlara görə, İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.

X X X

İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.

Trend-in məlumatına görə, təbiət hadisəsindən ən çox zərər çəkmiş Əcəbşir şəhərində 14 nəfərin meyiti tapılıb. Daha 3 nəfər Azərşəhr ətrafında həlak olub.

Ümumilikdə, 37 nəfərin xəsarət aldığı barədə məlumat verilib.

X X X

İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib.

Trend-in məlumatına görə, Əcəbşir şəhərində 3 nəfər həlak olub, 13 nəfər itkin düşüb.

Bundan başqa daşqınlar Təbriz, Bünab, Azərşəhr, Marağa və Əhərdə qeydə alınıb.

Bu şəhərlərdə itkilərin olub-olmaması barədə hələ məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti