Bakı. Trend:
İraqın paytaxtı Bağdadda qısa zaman ərzində iki partlayış törədilib.
Trend-in məlumatına görə, partlayışlar nəticəsində ümumilikdə 20 nəfər həlak olub.
Yaralıların sayı 60-a yaxındır.
İlk partlayış şəhərin mərkəzində baş verib və 13 nəfərin həyatına son qoyub. Növbəti partlayışda 7 nəfər həlak olub.
Hər iki hadisə avtomobillərin partladılması nəticəsində baş verib.