Bakı. Trend:
Şotlandiyanın Edinburq hava limanında elektrik kəsintisi baş verib.
Trend-in məlumatına görə, bununla əlaqədar sərnişinlərin yoxlanılması məntəqəsində növbələr yaranıb.
Hazırda hava limanında elektriklərin olmadığı barədə məlumat verilir.
Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.