...

"Azərsun Holding" Bakıda zeytun ağacları əkəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 13:56 (UTC +04:00)
"Azərsun Holding" ASC Bakıda zeytun ağaclarının əkilməsi ilə bağlı yeni sosial aksiya keçirəcək.
"Azərsun Holding" Bakıda zeytun ağacları əkəcək (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"Azərsun Holding" ASC Bakıda zeytun ağaclarının əkilməsi ilə bağlı yeni sosial aksiya keçirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilıən mətbuat konfransında "Azərsun Holding"in ictimaiyyətlə əlaqələr üzrə departamentinin rəhbəri Afiq Səfərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, böyük miqyaslı aksiya Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və qeyri-hökümət təşkilatları ilə birgə gələn həftədən həyata keçirilməyə başlanacaq.

"Zeytun bağları" aksiyası çərçivəsində Bakının müxtəlif ərazilərində zeytun ağaclarının əkilməsi nəzərdə tutulub. Gələn həftədən ağacların paytaxtın Nizami rayonunda əkilməsinə başlanılacaq", - Səfərov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti