Azərbaycan, Bakı, 17 aprel /Trend/
Rusiyanın dövlət başçısı Vladimir Putin Krımda referendum zamanı təhlükəsizliyi təmin edən rusiyalı hərbçilərin peşəkarlığına yüksək qiymət verib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.
Putin "birbaşa xətt" zamanı deyib: "Əcnəbi həmkarlarımla söhbətlərimdə mən gizlətmirəm ki, bizim vəzifəmiz krımlıların azad siyasi iradələrini ifadə etmələri üçün şərait yaratmaqdan ibarət idi. Ona görə də biz bu gün hadisələrin Ukraynanın cənub-şərqində olduğu kimi inkişaf etməməsi, tankların, millətçilərin hərbi hissələrinin, kənar baxışlı, avtomat silahlarla yaxşı silahlanmış adamların olmaması üçün zəruri tədbirlər görməli idik. Ona görə də Krımın özünümüdafiə qüvvələri arxasında əlbəttə, hərbi qulluqçularımız dayanırdı və çox düzgün, qətiyyətli və peşəkar fəaliyyət göstərirdilər".