...

Videokameradan stimul alan Nadir Qafarzadə (FOTO)

Mədəniyyət Materials 14 Sentyabr 2011 18:27 (UTC +04:00)
Şou-bomondda yazılmamış qanunlardan biri də sənətçilərin özlərinə diqqət tələb etməsidir, desək, yəqin ki, bizimlə razılaşanların sayı yetərincə olar.
Videokameradan stimul alan Nadir Qafarzadə (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Şou-bomondda yazılmamış qanunlardan biri də sənətçilərin özlərinə diqqət tələb etməsidir, desək, yəqin ki, bizimlə razılaşanların sayı yetərincə olar. İstənilən toy və ya şad günü məclisinə qatılan sənətçi özündən əvvəl şıltaqlığı ilə bağlı razılıq əldə edir, daha sonra qonorar barədə danışır. Belə müğənnilərdən biri də Nadir Qafarzadədir.

Canlı ifaları ilə əksər həmkarlarına meydan oxuyan Qafarzadə, hər çıxışını sanki solo-konsertə çevirir. Repertuarında yer alan mahnılara klip çəkirmiş kimi restoran səhnəsinə çıxan Nadir, bu adətini hər dəfə təkrarlamaqla özünə stimul verir. Təşkil olunan məclislərdə ardıcıl olaraq bunun şahidi olduğumuzdan qərar verdik ki, Trend oxucularına videokamerasız çıxışlarını təsəvvür edə bilməyən sənətçini görüntüləyib bu barədə məlumat verək.

Mediadan əsla nəyisə gizli saxlamayan Nadir, çəkdiyimiz fotolar haqqında danışmaq istəmədi. Başqa məclisə tələsdiyini bəhanə edən müğənni "axı, başqa restoranda da operatorlar əlində videokamera yolumu gözləyirlər", - deyib məkandan uzaqlaşdı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti