...

İsveçrənin Eurovision 2012 təmsilçisi Novruz şənliklərində iştirak edəcək

Mədəniyyət Materials 16 Mart 2012 14:36 (UTC +04:00)
İsveçrənin "Sinplus" qrupu Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-dəki "Unbreakable" mahnısının klipini təqdim edəcək. Trend-in eurovision.az saytına istinadən verdiyi məlumata görə, qup klipi ictimaiyyətin ixtiyarına martın 18-də verəcək
İsveçrənin Eurovision 2012 təmsilçisi Novruz şənliklərində iştirak edəcək

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İsabalayeva/

İsveçrənin "Sinplus" qrupu Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-dəki "Unbreakable" mahnısının klipini təqdim edəcək. Trend-in eurovision.az saytına istinadən verdiyi məlumata görə, qup klipi ictimaiyyətin ixtiyarına martın 18-də verəcək.

Martın 17-də isə "Sinplus" İsveçrənin Bern şəhərində Novruz bayramı münasibəti ilə təşkil olunacaq tədbirdə iştirak edəcək.

Verilən məlumata görə, tədbir İsveçrədə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Bahar festivalı" adı altında baş tutacaq. "Sinplus" bu konsertdə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti