...

"Eurovision 2013"-ə ev sahibliyinə 3 şəhər nəzərdən keçirilir

Mədəniyyət Materials 2 İyun 2012 16:44 (UTC +04:00)
İsveçin Milli Televiziyasında Lorinin qalibiyyətindən bir neçə gün sonra təşkil edilən görüşdə Martin Österdal "Eurovision 2013" mahnı müsabiqəsinin icraçı prodüseri təyin olunub.
"Eurovision 2013"-ə ev sahibliyinə 3 şəhər nəzərdən keçirilir

Azərbaycan, Bakı, 2 iyun /Trend/

İsveçin Milli Televiziyasında Lorinin qalibiyyətindən bir neçə gün sonra təşkil edilən görüşdə Martin Österdal "Eurovision 2013" mahnı müsabiqəsinin icraçı prodüseri təyin olunub.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, 38 yaşlı Martinin televiziya, musiqi və mətbuat sahəsində böyük təcrübəsi var. O, 2007-ci ildə İsveçin "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisini müəyyən edən "Melodifestivalen" yarışmasında layihə meneceri və münsiflər heyətinin sədri olub.

"Bu işin mənə həvalə olunmasına görə fəxr edirəm. Biz çalışacağıq ki, gələn ilin may ayında televiziyada çox yaddaqalan anlar yaşadaq", - Österdal bildirib.

Müsabiqənin keçiriləcəyi məkan hələlik dəqiq məlum olmasa da, Avropanın ən nüfuzlu televiziya şousuna ev sahibliyi etməyə iddialı üç şəhərin adı çəkilir. Bunlar İsveçin paytaxtı Stokholm, ölkənin əsas sənaye və mədəniyyət mərkəzləri hesab edilən Gotenburq və Malmo şəhərləridir.

Xəbər lenti

Xəbər lenti