...

"YARAT!" təşkilatı Ağa Hüseynovun "Çərpələng və Qeyri-real qlobus" layihəsini təqdim edib

Mədəniyyət Materials 8 İyun 2012 19:50 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Park Bulvar-da rəssam Ağa Hüseynovun "Çərpələng və Qeyri-real qlobus" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Ağa Hüseynovun "Çərpələng və Qeyri-real qlobus" layihəsini təqdim edib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Park Bulvar-da rəssam Ağa Hüseynovun "Çərpələng və Qeyri-real qlobus" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS Yaradıcılıq Səhnəsi"nin bədii rəhbəri, professor Nərgiz Paşayeva, tanınmış rəssam Altay Sadıqzadə və digər tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Rəssamın layihəsi, baxımlılığına baxmayaraq, iki niyyəti - Şaquli niyyət - qalxma, uçuş və hava nəqliyyatı və qravitasiya üzərində qələbə və Horizontal niyyət - olduqca ağır, ancaq eyni zamanda kifayət qədər zərif olan eniş, planetar dinamika - arasında olan incə konseptual həddi tədqiq edir. Müəyyən mənada, bu hədd səma/yuxarı ilə yer/aşağı arasında boşluq enerjisini özündə əks etdirir. Çərpələng birinci niyyəti, üzərində metro xəritəsi, yeraltı stansiyaların sxemi çəkilmiş qlobus obyekti isə ikinci niyyəti təcəssüm edir. Eskalatorun yaxınlığında yerləşdirilmiş bu əsər maraqlı psixoloji təsir yarada bilər: eskalatorla aşağı düşən sərnişinlər, insan qavrayışına qəribə incə boşluq hissi gətirən və qalxma dinamikasına tabe olan çərpələng heykəlini seyr edirlər... Nədən məhz metro və nədən stansiya?

Müəllifin diqqəti çəkmək istədiyi daha bir paradoks - aparıcı futuroloqlar və keçmiş dövrdə yaşayan xəyalpərəstlər gələcəklə bağlı fikirlərində deyirdilər ki, məhz hava nəqliyyat vasitələri gələcəkdə geniş istifadə olunacaq. Lakin sonrakı tarixi təcrübələr göstərdi ki, yeraltı nəqliyyat vasitələri nəinki yerüstü nəqliyyat vasitələrindən geri qalmır, hətta rahatlıq, sürət, effektivlik və təhlükəsizlik baxımından onlardan üstündür. Son zamanlara qədər "Bakı Soveti" adlanan "İçərişəhər" metrostansiyası da metronun yaxınlığında yerləşən Pionerlər Sarayını ziyarət edən və oradakı dərnəkdə təsviri incəsənətlə məşğul olan rəssamın uşaqlıq xatirələri ilə bağlıdır. Belə ki, məhz burada, bu stansiyada о, ilk dəfə yerin altına "dalıb". Ona görə, quraşdırma üçün məkanın seçilməsi, həmçinin müəllifin şəxsi motivlərindən irəli gəlir.

Son yarım yüzillik ərzində Bakı nəqliyyatı olduqca maraqlı, lakin heç də rahat olmayan inkişaf yolu keçib. 1859-cu ildə Qubernator mərkəzinin Şamaxıdan Bakıya köçürülməsi zamanı şəhərdə nəqliyyat vasitəsi kimi yalnız at arabasından istifadə olunurdu: əsas ağır yüklər at, qatır, eşşək və ya dəvə karvanları vasitəsilə daşınırdı. Nizamla şəhərdə yeriyən dəvələri hətta 1900-1910-cu illərin şəkillərində də aşkar şəkildə görmək olar. İctimai nəqliyyatın tarixi 1889-cu ildə Bakıda at-dəmir yolu və ya "konka" yaradılan zamandan başlayıb və 1920-ci ildə Sovet hakimiyyəti qurulana qədər müvəffəqiyyətlə davam edib. Qeyd etmək lazımdır ki, artıq 1915-ci ildə Bakıda elektrik tramvayların buraxılması planlaşdırılırdı, lakin Birinci Dünya müharibəsi, onun ardınca baş verən inqilab dövrü və etnik toqquşmalar bu planların həyata keçirilməsini təxminən on il təxirə saldı.

Bakı tramvayı 8 fevral 1934-cü ildə istifadəyə verilib. Bu tramvay Sovet hökuməti tərəfindən bütün SSRİ ərazisində istifadəyə verilən ilk tramvay olub. Bununla yanaşı, tramvay rabitəsinin təşkili ilə əlaqədar işlər ən qısa müddətə - 11 aya başa çatıb. Bakı tramvayı birdən-birə işə düşdü: artıq 20-ci illərin sonlarında onun gəliri Moskva tramvayının analoji göstəricilərini iki dəfə üstələdi. Tramvay yollarının uzunluğu 1996-cı ildə rekord həddə çatıb -102 km! 65 illik fəaliyyəti dövründə, yəni 1989-cu ildə "Bakı zəhmətkeşi" - tramvay ümumilikdə 5 milyard, yəni bütün Yer kürəsi əhalisi ilə müqayisə olunacaq sayda sərnişin daşıyıb.

Tramvayın ardından Bakı daha bir rekord sahibi oldu. Belə ki, 1926-cı ildə Sovet İttifaqında ilk dəfə Bakı-Sabunçu elektrikləşdirilmiş dəmir yolu istifadəyə verilib. Şəhər mərkəzini neft mədənləri ilə birləşdirən ilk elektrik dəmir qatarının ölçüsü 19,5 km idi. Növbəti onilliklərdə elektrik qatarı bütün Abşeron yarımadasını və hətta Artyom (indiki Pirallahı) adasını əhatə etdi. İctimai nəqliyyatın daha bir maraqlı növü trolleybusdur. Bakıda o, belə görünür ki, ən əlverişsiz vaxtda - İkinci Dünya müharibəsinin ən qızğın çağında 1941-ci ilin dekabrında işə başladı. Bununla belə, о zamanlar zəhmətkeş sayılan şəhər üçün ictimai nəqliyyatın yeni növünün çox faydalı olduğu ortaya çıxdı.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti