...

Bakıda avtobuslarla şəhər turunu təşkil edən şirkət fəaliyyətini dayandırıb (FOTO)

Mədəniyyət Materials 15 Aprel 2016 15:41 (UTC +04:00)
2016-cı ilin 10 aprel tarixindən etibarən Bakı şəhərində avtobuslarla şəhər turunu təşkil edən “City Sightseeing” MMC öz fəaliyyətini dayandırıb.
Bakıda avtobuslarla şəhər turunu təşkil edən şirkət fəaliyyətini dayandırıb (FOTO)

Bakı. Trend:

Bakı şəhərində avtobuslarla şəhər turunu təşkil edən "City Sightseeing" MMC öz fəaliyyətini dayandırıb.

Trend-ə verilən məlumata görə, artıq şəhər turunu "Baku City Tour" adlı yeni brend altında Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir. "Qədim və Müasir Bakı" adlı marşrut əvvəlki "City Sightseeing" marşrutunu təkrar edir və bu marşrutda yeni Mercedes Benz markalı 3 iki mərtəbəli və 3 Mercedes Benz sprinter mikroavtobusları işləyəcək. Eyni zamanda sprinter avtobusları Heydər Əliyev adına Beynəlxalq hava limanına transfer, Bakı ətrafı (Qobustan, Qala, Yanardağ, Atəşgah) və respublikanın müxtəlif regionlarına qonaqların və turistlərin səyahətinin təşkili üçün şirkətlərin və mehmanxanaların sifarişi ilə istifadə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti