...

Bakıda “Boqema”ya baxmaq fürsəti...

Mədəniyyət Materials 2 İyun 2016 17:31 (UTC +04:00)
Opera və Balet Teatrında iyun ayı ərzində sənətsevərlərə bir sıra maraqlı tamaşalar təqdim olunacaq.
Bakıda “Boqema”ya baxmaq fürsəti...

Bakı. Trend:

Opera və Balet Teatrında iyun ayı ərzində sənətsevərlərə bir sıra maraqlı tamaşalar təqdim olunacaq. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə tamaşalardan biri iyunun 11-də Ukrayna, Belorus və yerli vokal ustalarının ifasında səhnəyə qoyulacaq Cakomo Puççininin "Boqema" operasının tamaşasıdır.

Adı bakılı operasevərlərə artıq tanış olan ukraynalı vokalçı, Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Olqa Naqornaya bu tamaşada əsas partiyalardan birini - Mimi partiyasını ifa edəcəkdir. Belorus Akademik Böyük Opera və Balet teatrının solisti, Belorusun Əməkdar artisti Vladimir Qromov isə Marsel rolunda çıxış edəcəkdir.

Tamaşada həmçinin Azərbaycan OPera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Alsindor), Əməkdar Artistlər Fərid Əliyev (Rudolf), İnarə Babayeva (Müzetta), Anton Ferştandt (Kollen), solistlərdən Tural Ağasıyev (Şonar), Firuz Məmmədov (Benua) və Fəhmin Əhmədli (Parpinol) də rol almışlar. Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti