...

"Cadenza Contemporary Orchestra" "Kəsişən xətlər" adlı növbəti konsertini keçirəcək

Mədəniyyət Materials 12 Fevral 2024 15:09 (UTC +04:00)
"Cadenza Contemporary Orchestra" "Kəsişən xətlər" adlı növbəti konsertini keçirəcək
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

"Cadenza Contemporary Orchestra" 20 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Kəsişən xətlər” adlı növbəti konsertini keçirəcək.

Trend xəbər verir ki, konsertdə bəstəkar Cəlal Abbasovun (1957) Simli kvartet No2., Beat Furrerin (1954) solo piano üçün “The Snow Has No Voice”, Claude Debussynin (1862-1918) solo fleyta üçün “Syrinx” və Arthur Honeggerin (1892-1955) Simfoniya No.2 əsəri ifa olunacaq.

Konsertin solistləri Rəhilə Nəzərova (fleyta), Samir Əsədov (violin), Vəfa Kuznetsova (violin), Rəna Rəhimova (viola), Ərol Rzayev (violonçel) və Humay Qasımzadə (piano) olacaq.

Qeyd edək ki, 2021-ci ildən fəaliyyət göstərən "Cadenza Contemporary Orchestra"nın bədii rəhbəri bəstəkar Türkər Qasımzadə, konsertmeysteri isə Samir Əsədovdur.

Konsertə giriş sərbəstdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Xəbər lenti

Xəbər lenti