...

Zəngilanda silah-sursat aşkarlanıb

Hadisə Materials 28 Aprel 2024 09:55 (UTC +04:00)
Zəngilanda silah-sursat aşkarlanıb

Bakı. Trend:

Zəngilanda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti