...

“Xalqın mədəni sərvəti” adlı layihə çərçivəsində Qara Qarayevin əziz xatirəsinə həsr olunmuş konsert keçirildi (FOTO)

Mədəniyyət Materials 16 Fevral 2024 17:23 (UTC +04:00)
“Xalqın mədəni sərvəti” adlı layihə çərçivəsində Qara Qarayevin əziz xatirəsinə həsr olunmuş konsert  keçirildi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirən "Xalqın mədəni sərvəti" layihəsi əbədiyaşar bəstəkarımız, SSRİ Xalq artisti Qara Qarayeva həsr olunub.

Filarmoniyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihənin ikinci günü Gəncə Mall-da Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbi, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi və Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə baş tutan layihə çərçivəsində Azərbaycanın əbədiyaşarları müxtəlif mədəniyyət müəssisələri, musiqi məktəbləri, istirahət mərkəzlərində gənc nəsil tərəfindən təbliğ olunur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti