...

Qırğızıstanın klassik əsərləri Azərbaycan dilinə tərcümə olunacaq

Mədəniyyət Materials 5 Mart 2025 19:09 (UTC +04:00)
Qırğızıstanın klassik əsərləri Azərbaycan dilinə tərcümə olunacaq
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek.Trend:

Qırğızıstanın klassik əsərləri Azərbaycan dilinə tərcümə olunacaq

Trend Qırğızıstan XİN-ə istinadən xəbər verir ki, belə bir qərar Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanovla Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev arasında keçirilən görüşdə qəbul olunub.

“Tərəflər iki ölkə arasında ədəbi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Vacib nəticələrdən biri də iki ölkənin oxucuları arasında sonrdan təbliğ olunmaları üçün Azərbaycan və Qırğızıstan dillərinə tərcümə olunmaları məqsədilə Qırğızıstan və Azərbaycanın əsas klassik əsərlərindən ibarət siyahıların mübadiləsi olub”,- nazirliyin məlumatında qeyd olunur.

Görüş səfirliyin təşəbbüsü ilə hökumətlər arasında 2024-2029-cu illər üçün əməkdaşlıq proqramı çərçivəsində keçirilib. Görüşün sonunda tərəflər iki xalqın mədəni irsinin qorunub saxlanılması və təbliği istiqamətində səylərini davam etdirmək eləcə də oxucular və tədqiqatçılar üçün yeni imkanlar yaratmaq niyyətlərini təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti