...

Ağstafada 4 ədəd təlim məqsədli aviabomba aşkarlanıb (FOTO)

Gündəm Materials 12 Fevral 2019 01:19 (UTC +04:00)
Ağstafada 4 ədəd PŞ-50 aviabombası aşkar olunub.
Ağstafada 4 ədəd təlim məqsədli aviabomba aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ağstafada 4 ədəd PŞ-50 aviabombası aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, fevralın 11-də saat 11:34-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsində mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli (içərisində heç bir partlayıcı maddə olmayan) PŞ-50 aviabombaları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviobombaların ətrafında 450 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti