...

Sabah bu ərazilərdə işıq olmayacaq

Gündəm Materials 6 Avqust 2019 17:28 (UTC +04:00)
Elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Sabah bu ərazilərdə işıq olmayacaq

Bakı. Elçin Mehdiyev - Trend:

110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir

Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində sabah saat 11.00-dan 16.00-a qədər elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti