...

Bakıda külək ağacı aşırdı, dəmir yolu bağlandı

Gündəm Materials 30 İyun 2021 09:56 (UTC +04:00)
Bakıda külək ağacı aşırdı, dəmir yolu bağlandı

Bakı. Çingiz Səfərli -Trend:

Güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti