...

İsveçrənin Milli Gününə həsr olunmuş Bakıdakı rəsmi tədbir bu ölkənin aparıcı və nüfuzlu internet portalında işıqlandırılıb

Gündəm Materials 14 Sentyabr 2022 19:13 (UTC +04:00)
İsveçrənin Milli Gününə həsr olunmuş Bakıdakı rəsmi tədbir bu ölkənin aparıcı və  nüfuzlu internet portalında işıqlandırılıb

Bakı. Trend:

Cari ilin 8 sentyabr tarixində İsveçrə Konfederasiyasının 1 avqust – Milli Gününə həsr olunmuş Bakıda keçirilmiş rəsmi tədbir İsveçrənin aparıcı və nüfuzlu "Neuer Schweizer Zeitung" internet portalında işıqlandırılıb.

Trend xəbər verir ki, Azərbaycan hökuməti tərəfindən sözügedən tədbirə əsas qonaq qismində Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov iştirak edib.

Məqalədə aşağıdakı məqamlar qeyd olunub:

Azərbaycan və İsveçrə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi haqqında danışıblar. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsveçrənin səfiri Muriel Bennifer İsveçrənin Milli Günü münasibətilə keçirilən mərasimdə deyiblər.

Onlar, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasının əməkdaşlığın daha da möhkəmlənməsinə inam doğurduğunu qeyd ediblər.

M.Cabbarov "Twitter" sosial şəbəkəsində paylaşım edərək bunları bildirib: "İsveçrənin Milli Gününə həsr olunmuş tədbirdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin genişlənməsi əməkdaşlığımızın daha da möhkəmlənməsinə məmnunluq və inam yaradır".

Azərbaycan və İsveçrə müxtəlif iqtisadi sektorlarda əməkdaşlıq edir. Qeyri-neft sahəsində Bakı ilə Bern arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Bundan əlavə, 2022-ci ildə Bakıda İsveçrə və Azərbaycan arasında Ticarət və İqtisadi Əlaqələr Komitəsinin iclası keçiriləcək.

2021-ci ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 457,2 milyon dollar, ixrac 272,5 milyon dollar, idxal isə 184,7 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti