...

"Kədəriniz kədərimizdir, Türkiyə" adlı anım mərasimi keçirilib

Gündəm Materials 8 Fevral 2023 20:05 (UTC +04:00)

Bakı. Trend:

Zəlzələ baş verən əraziyə geyim və ərzaq göndəriləcək

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in mərkəzi ofisində qardaş Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirən insanlarla bağlı "Kədəriniz kədərimizdir, Türkiyə" adlı anım mərasimi keçirilib.

Birlikdən Trend-ə bildirilib ki, əvvəlcə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları çıxışlarında Türkiyədə baş verən fəlakətlə bağlı matəmin təkcə qardaş Türkiyənin deyil, ümumi türk dünyasının matəmi olduğunu bildiriblər.

Vurğulanıb ki, qanı bir, canı bir qardaşlarımızın başına gələn müsibət hamımızın ürəyini qanadıb, hər bir azərbaycanlı gücü çatan qədər yardım etməyə çalışır. Tədbir əsnasında qeyd olunub ki, qardaş ölkəyə ilk yardım edən Azərbaycan olub.

Bildirilib ki, TAİB də yardım kampaniyasına start verib. Zəlzələ baş verən əraziyə külli miqdarda geyim, ərzaq göndərilir.

Anım mərasimində TAİB-in İdarə Heyətinin üzvləri, Qadınlar Şurasi, Gənclər Təşkilatı, ictimaiyyət nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti