...

Hərbçimiz ildırım vurması nəticəsində həlak olub - MN

Gündəm Materials 24 May 2023 10:16 (UTC +04:00)
Hərbçimiz ildırım vurması nəticəsində həlak olub - MN
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş vermiş bədbəxt hadisə (ildırım vurması) nəticəsində vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən Trend-ə bildirilib:

"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə (ildırım vurması) nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti