...

“Steam”da bu tarixdən sonra türk lirəsi ilə oyun almaq mümkün olmayacaq

Gündəm Materials 25 Oktyabr 2023 14:03 (UTC +04:00)
“Steam”da bu tarixdən sonra türk lirəsi ilə oyun almaq mümkün olmayacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Oyun dünyasının ən əhəmiyyətli platforması olan “Steam” illərdir oyunçulara türk lirəsi ilə saysız-hesabsız təkliflər verir.

Trend-in məlumatına görə, son zamanlar yüksək məzənnə dəyişkənliyi səbəbindən “Steam” kritik bir qərar verib. Bundan sonra “Steam” oyunları ABŞ dolları ilə hesablanacaq.

“Steam” tərəfindən verilən açıqlamaya görə, Türkiyə və Argentinada qiymətləri tənzimləmək çətinləşdiyi üçün 20 noyabr tarixindən etibarən dollar qiymətləri tətbiq olunacaq. Hesablarında türk lirəsi olan istifadəçilərin qalıqları həmin günün məzənnəsi ilə dollara çevriləcək.

Qeyd edək ki, dəyişən məzənnələrə görə “Steam” 25 ölkədə ABŞ dolları qiymət siyasətinə malikdir. Türkiyə və Argentina İran, Fələstin, Sudan, İordaniya, Misir, Venesuela və Nikaraqua kimi ölkələrdə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti