...

Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir - Ərdoğan

Gündəm Materials 26 Oktyabr 2023 21:46 (UTC +04:00)
Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Serdar Berdiməhəmmədov ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq vasitəsilə enerji təhlükəsizliyinə töhfə vermək öhdəliyinə sadiqdir.

"Görüşümüz zamanı biz Xəzər dənizindən keçən Qərb-Şərq dəhlizinin təkmilləşdirilməsi ilə bağlı fikirlərimizi bölüşdük. Türkmənistanla bir çox məsələlərdə eyni mövqedə olduğumuzu gördük", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda olan Türkmənistanın da təşkilata tamhüquqlu üzv olmasını arzuladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti