...

“YouTube” platformadaxili oyunlar oynamağa imkan verən funksiyasını istifadəyə verib

Gündəm Materials 1 Dekabr 2023 12:44 (UTC +04:00)
“YouTube” platformadaxili oyunlar oynamağa imkan verən funksiyasını istifadəyə verib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"YouTube" rəsmi olaraq istifadəçilərə platformadaxili oyunlar oynamağa imkan verən “Playables” funksiyasını istifadəyə verib.

Trend-in məlumatına görə, bu funksiya sayəsində istifadəçilər yükləməyə ehtiyac qalmadan oyunları oynaya biləcəklər.

Platforma təkcə mobildə deyil, həm də masaüstü versiyada mövcuddur.

Oyunlara necə daxil olmaq olar?

1) Əvvəlcə “YouTube” tətbiqini açın.

2) Daha sonra sağın altındakı "Siz" düyməsinə toxunun və yuxarı sağdakı "Parametrlər" bölməsini sıxın.

3. "Yeni funksiyaları sınayın" bölməsinə keçid edin və “Playables” görünəcək. Siz onu dərhal aktivləşdirə bilərsiniz. Bu addımları yerinə yetirdikdən sonra “Playables” əsas səhifədə görünəcək. Bu yolla oyunlara daxil olmaq olacaq.

Qeyd edək ki, bu xidmətə yalnız “Premium “istifadəçilər daxil ola bilər. “Playables” oyunlar 28 mart 2024-cü ilə qədər əlçatan olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti