...

İsrailin Baş naziri Qəzza zolağında sülh üçün üç şərtini açıqlayıb

Gündəm Materials 26 Dekabr 2023 05:47 (UTC +04:00)
İsrailin Baş naziri Qəzza zolağında sülh üçün üç şərtini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında münaqişəyə son qoymaq üçün üç şərtini açıqlayıb. Bu, HƏMAS-ın məhv edilməsi, anklavın silahsızlaşdırılması və cəmiyyətin deradikallaşdırılmasıdır.

Trend-in məlumatına görə, bu barədə Baş nazir “The Wall Street Journal”da nəşr olunan məqaləsində yazıb.

Netanyahu qeyd edib ki, bunlar İsrail və onun Qəzza zolağındakı fələstinli qonşuları arasında sülh üçün üç ilkin şərtdir.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr İsrailin HƏMAS hərəkatını məhv etmək niyyətini dəstəkləyir. "Bu məqsədə çatmaq üçün HƏMAS-ın hərbi potensialını aradan qaldırmaq və Qəzza zolağı üzərindəki siyasi üstünlüyünə son qoymaq lazımdır", - deyə Baş nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti