...

“Steam” eynivaxtlı onlayn oyunçuların sayına görə yeni rekord qırıb

Gündəm Materials 9 Yanvar 2024 10:34 (UTC +04:00)
“Steam” eynivaxtlı onlayn oyunçuların sayına görə yeni rekord qırıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Oyun dünyasının ən əhəmiyyətli platforması olan “Steam” eynivaxtlı onlayn oyunçuların sayına görə yeni rekord qırıb.

Trend xəbər verir ki, “Steam Database” (verilənlər bazası) tərəfindən paylaşılan məlumata görə, “Steam” keçən həftə 33 milyon 675 min 229 onlayn oyunçu ilə rekordunu yeniləyib.

Rekordun qırıldığı vaxt bu oyunçulardan 10,6 milyonu oyunda olub.

Qeyd edək ki, əvvəlki rekord 33 milyon 598 min 520 onlayn oyunçu olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti