...

İbrahim Kalın "HƏMAS"ın Siyasi Bürosunun sədri ilə görüşüb

Gündəm Materials 4 Fevral 2024 00:42 (UTC +04:00)
İbrahim Kalın "HƏMAS"ın Siyasi Bürosunun sədri ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Dohada "HƏMAS"ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə əsirlərin mübadiləsi, Qəzza zolağında vəziyyətin inkişafı, atəşkəsin təmin edilməsi yolları müzakirə edilib.

Bundan əlavə, Fələstin xalqının humanitar ehtiyaclarını ödəmək üçün nə edilə biləcəyinə diqqət yetirməklə, görüşdə paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının regionda sabitliyin əsasını təşkil etdiyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti