...

5 rayona prokuror təyin olundu

Gündəm Materials 28 Fevral 2024 12:13 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

5 rayona prokuror təyin olunub.

Trend xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən 5 rayona prokuror təyin olunub.

Əmrə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və Qubadlı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Emil Kərimov həmin vəzifələrə təyin olunub.

Xəbər lenti

Xəbər lenti