Bakı. Trend:
Amerikalı proqramçı Robert Caruso, 1.19 MHz prosessorlu və 128 bayt yaddaşa malik “Atari” 2600-un "Video Chess" oyununu “ChatGPT” ilə üz-üzə gətirib.
Trend xəbər verir ki, nəticədə qalib “Atari” olub.
“ChatGPT” oyun zamanı fiqurların yerini qarışdırıb, səhv gedişlər edib və hətta mat olmayan vəziyyətdə özünü qalib elan edib.
Qeyd edək ki, “ChatGPT” “OpenAI” tərəfindən yaradılmış süni intellekt əsaslı mətn yaradıcı modeldir. İlk dəfə 2022-ci ilin noyabrında təqdim edilən bu platforma istifadəçilərlə təbii dildə ünsiyyət qurmaq, sualları cavablandırmaq, yazılar yazmaq, kod nümunələri təqdim etmək və müxtəlif mövzularda yaradıcı məzmun hazırlamaq imkanlarına malikdir.
Modelin əsasında “GPT-4” (Generative Pre-trained Transformer 4) dil modeli dayanır. “ChatGPT” istifadəyə verildiyi ilk aylardan etibarən geniş istifadəçi auditoriyası qazanaraq, təhsil, texnologiya, biznes və gündəlik həyat sahələrində faydalı bir alətə çevrilib.