...

Metropoliten departament rəislərinin işdən çıxarılması barədə məlumatlara aydınlıq gətirib

Gündəm Materials 4 Avqust 2025 18:47 (UTC +04:00)
Metropoliten departament rəislərinin işdən çıxarılması barədə məlumatlara aydınlıq gətirib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Metropoliteni" QSC iki departament rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, Bakı Metropoliteninin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb.

"Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin icrasını davam etdirir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti