...

Azərbaycanda yol qəzası nəticəsində zərər çəkən rusiyalı zəvvarlar ilk tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar

Hadisə Materials 30 Dekabr 2008 12:11 (UTC +04:00)
Azərbaycanda yol qəzası nəticəsində zərər çəkən rusiyalı zəvvarlar ilk tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar

Azərbaycan, Bakı, 30 dekabr/ Trend , müxbir K.Zərbaliyeva, S.Kazımlı/ Azərbaycan ərazisində baş verən yol qəza hadisəsi nəticəsində zərər çəkən rusiyalı zəvvarlar ilk tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.

Məkkədən qayıdan rusiyalı zəvvarlardan ibarət sərnişin avtobusu dünən təxminən saat 23.00-da Azərbaycanda qəzaya uğrayıb.

"MAN" markalı avtobus Bakı-Rostov trassının 40 km-də təqribən Zeynəlabdin Tağıyev qəsəbəsi yaxınlığında "KAMAZ" markalı yük maşını ilə toqquşub" Azərbaycan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a məlumat verilib. Məlumata görə avtobusda Dağıstanlı zəvvarlar olub.

Qəza nəticəsində üç nəfər zərər çəkib. Bunlar avtobusun sürücüsü, 1955-ci il təvəllüdlü Tacəddin Kaladdinov, sərnişinlər Səlimxan Şamilov və Zeynəb Abdullayevadır. İlk tiibbi yardım göstərildikdən sonra zərərçəkənlər evlərinə buraxılıb. Mətbuat xidmətindən verilən məlumata görə, "KAMAZ"-ın sürücüsü hadisə yerindən qaçıb, onun şəxsiyyətini müəyyən etmək hələ mümkün olmayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi Radil Əsədov Trend -a bildirib ki, hadisənin baş verməsinə yolun qarşı xəttinə çıxan "KAMAZ" səbəb olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti