Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri üçün yaranan təhlükə aradan qalxıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin inretnet saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonunun Sədan kəndində (rayon mərkəzindən 5 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha ərazidə quru ot yanıb. Yaxınlıqdakı Bakı-Novorossiysk neft kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Tovuz rayonunun Bozalqanlı kəndində (rayon mərkəzindən 3 km aralı) isə kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə quru ot yanıb.
Yaxınlıqdakı Bakı-Tbilisi-Ceyhan neft kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.