...

Bakıda velosiped oğruları yaxalanıb

Hadisə Materials 30 İyul 2011 13:38 (UTC +04:00)
Bir neçə paytaxt sakininə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda velosiped oğruları yaxalanıb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Bir neçə paytaxt sakininə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Cavid Ələsgərova, Quba Mövsümova və Əsmərgül İlyasovaya məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Valeh İbrahimov və Əmrah Cəfərov saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti