...

Hərbi hissədən qaçan iki əsgər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 Sentyabr 2011 21:20 (UTC +04:00)
Müdafiə Nazirliyinin Tərtər rayonundakı N saylı hərbi hissənin iki əsgəri qaçıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hərbi hissədən qaçan iki əsgər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 10:14-də yayılıb)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Tərtər rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, N saylı hərbi hissədən qaçan iki əsgər axşam saatlarında Tərtər rayonun ərazisində saxlanılıb.

Şöbədən Trend-ə verilən məlumata görə, qaçan əsgərlər rayonun Ələsgərli kəndində toyuq fermasında gizləniblər. Daxil olan məlumat əsasında onlar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və hərbi prokurorluğa təhvil veriliblər.

Müdafiə Nazirliyinin Tərtər rayonundakı N saylı hərbi hissənin iki əsgəri qaçıb. Tərtər rayon polis şöbəsindən Trend-ə faktı təsdiqləyiblər.

Bildiriblər ki, Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu və Bakı şəhəri Xətai rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Hüseyn Ramazanov sentyabrın 12-dən 13-nə keçən gecə saat 01:00 radələrində hərbi hissəni özbaşına tərk ediblər.

Ramazanovun hərbi hissəni tərk edərkən xidməti silahını da özü ilə apardığı bildirilir.

Onların tutulması üçün Tərtər və ətraf rayonlarda postlar qurulmuşdur.

Faktla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti