...

Bakıda yanacaq oğruları yaxalanıblar

Hadisə Materials 26 Sentyabr 2011 12:28 (UTC +04:00)
Teplovozdan 100 litr dizel yanacağı oğurlamış şəxslər saxlanılıblar. Bu barədə bazar ertəsi Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakıda yanacaq oğruları yaxalanıblar

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Teplovozdan 100 litr dizel yanacağı oğurlamış şəxslər saxlanılıblar. Bu barədə bazar ertəsi Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

DİN-in Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 23-də Sabunçu dəmir yolu stansiyasının ərazisində dayanmış teplovozdan 100 litr dizel yanacağı oğurlamış, oranın işçiləri Tofiq Talıbov və Amid Namazov saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti