...

Abşeronda 24 yaşlı gənci qətlə yetirən şəxs polisə təslim olub

Hadisə Materials 19 Yanvar 2012 11:43 (UTC +04:00)
Abşeronda 24 yaşlı gənci qətlə yetirən şəxs polisə təslim olub.
Abşeronda 24 yaşlı gənci qətlə yetirən şəxs polisə təslim olub

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Abşeronda 24 yaşlı gənci qətlə yetirən şəxs polisə təslim olub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də Abşeron rayonunun Görədil kəndi ərazisində Füzuli rayon sakini Elgün Hüseynov münaqişə zəminində Beyləqan rayon sakini Bayram İmanova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş İmanov orada ölüb.

Hüseynov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gəlib təslim olub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti